EN

Qaxda baş verən qəzada Türkiyə vətəndaşı xəsarət aldı - Fotolar

Qax rayonunda xəsarətlə nəticələnən qəzada olub.

"Report"un məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Lexus" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Muhammed Sağlam yaralanıb.

O, müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
195
15
yenisabah.az

10Sources