Ağdaşda intihar hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, rayon sakini 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib.
Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.