"Sabah" Şahmat Akademiyasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə sabiq SSR-nin əməkdar məşqçisi Salman Süleymanovun xatirəsinə həsr olunmuş sürətli şahmat yarışı keçirilib. Sport24.az xəbər verir ki, turnirdə ölkəmizin 30-a yaxın istedadlı yeniyetmə zəka sahibləri, o cümlədən Avropa, dünya çempionları, Azərbaycan çempionatının medalçıları və qalibləri mübarizə aparıblar.
Â
Yarışın açılış mərasimində AŞF-in Uşaq və Gənclər Komissiyasının sədri, qrossmeyster, əməkdar məşqçi Fərid Abbasov və AŞF-in İcraiyyə Komitəsinin üzvi, qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov çıxış ediblər. Salman Süleymanov gözəl xatirələr ilə yad edilib, gənclərə onun haqqında məlumat verilib.
Â
Turnirin qalibi Abdulla Qədimbəyli olub. O, həmçinin rapid üzrə də birinci olub. Blits üzrə isə ən güclü İslam Hacıəliyev olub. Qadınlar arasında ən yaxşı nəticəni Ayan Allahverdiyeva göstərib. O da qızlar arasında rapiddə bütün rəqiblərini qabaqlayıb. Blits üzrə isə Nurtan Nuriyeva qalib adını qazanıb. Turnirdə fərqlənənlərə pul mükafatları verilib.