EN

SON DƏQİQƏ! Prokurorluq gecə saatlarında dəhşətli xəbər yaydı

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

 

Bu barədə  Oxu24.com-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 

 

Chosen
1342
35
oxu24.com

10Sources