EN

Azərbaycan Ermənistanla danışıqlar prosesinə açıqdır - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan Ermənistanla danışıqlar prosesinə açıqdır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya”qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərininnormallaşdırılmasını hədəfləyib, lakin hesab edir ki, ErmənistanRespublikasının uzun onilliklər ərzində irəli sürdüyü bütün əsassıztələblər aradan qaldırılmalıdır. Ceyhun Bayramov, həmçininvurğulayıb ki, bu, bəyanatlar və bəyannamələr səviyyəsində başverməli deyil, hüquqi cəhətdən əsaslandırılmış formada öz əksinitapmalıdır.

“Biz danışıqlar prosesinin formatına açığıq. Bunun üçün bizbilavasitə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatdanistifadə edirik. Həmçinin biz müxtəlif platformalardan heç vaxtimtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçünhəmişə münasib olub. Bundan sonra biz bu platformadan istifadəetməyə hazırıq. Son zamanlar məhz Ermənistan tərəfi buna razılıqverməyib”, - deyə nazir bildirib.

O deyib ki, rəsmi Bakı üçün əsas məsələ Ermənistanın Azərbaycanaqarşı ərazi iddialarından tamamilə imtina etməsidir, sülhmüqaviləsi bu məsələyə qayıtmanın bütün potensial risklərini aradanqaldırmalıdır. “Heç kimə sirr deyil ki, Ermənistanın bütünfundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddialarıvar, bu yolverilməzdir və bu, sülh müqaviləsinin bağlanmasıprosesinin başa çatdırılmasına əsas maneədir”, - deyə C.Bayramovqeyd edib.

Nazir 2020-ci ildə Azərbaycanla Ermənistan arasında münaqişənintənzimlənməsi üzrə razılaşmaların əldə edilməsində RusiyaPrezidenti Vladimir Putinin rolunu vurğulayıb.

Məqalədə:
Chosen
38
21
az.trend.az

10Sources