RU

Vəfa Şərifovaya atılan daş...

Vəfa Şərifovaya atılan daş...
Səmimi deyim, media fəaliyyəti ilə məşğul olandan şou-biznes sahəsi ilə heç vaxt yaxından maraqlanmamışam çünki mənim sahəm daha çox ictimai-siyasi sahə olduğu üçün yalnız ölkədə və dünyada baş verən prosesləri yaxından izləmişəm.Bildiyiniz kimi, rəhbəri olduğum xəbər saytı ölkədə ən çox tənqidi xəbərlərə üstünlük verir. Bu o demək deyil ki, mən ölkəmizi sevmirəm yox dövlət maraqları və dövlət sevgisi mənim üçün ailəmdən də üstündür. Dövlətinə xəyanət edəndən vətəndaş olmaz! Bu ilin Yanvar ayı idi, şou-biznes sahəsi ilə maraqlanmağa başladım daha doğrusu məni bu bataqlıqa dostumuz Ümid Kərimbəyli saldı. Düşünürdüm ki, bu sahədə vəziyyət jurnalistikada, siyasətdə olduğu kimi bərbad vəziyyətdə olmaz amma bu sahədə olan iyrənclik heç danışılası da deyil. Düşündüm bir neçə bu sahənin adamların tənqid etsək özlərinə çəki-düzən verib düzələrlər. Onlar haqqında yazdığım yazı və paylaşımlarda özlərinin zəng edərək normal şəkildə danışmaq əvəzinə ağzlarından üfünət iyi verən söyüşlərini eşitdik. Halbuki bu şəxslərə nəinki müğənni heç oxuyan da demək olmaz. Müğənni Vəfa Şərifovaya mənim hər zaman xüsusi rəğbətim olub, nədənsə bu şəxsin mahnılarında, çıxışlarında digərləri kimi saxtakarlıq yox sevgi səmimiyyət görmüşəm. Normal insanlardan heç haqqında da mənfi nəsə eşitməmişəm. Yalnız ailəsinə bağlılığı və sosial durumu zəif olan insanlara köməklik edib. Bunu digər şəxslər kimi reklam etmədiyi barədə nəinki eşitmək, faktların şahidi olmuşam. Bir gün mənə məxsus olan saytın "instagram" səhifəsində Vəfa xanım haqqında tənqidi yazı yazılmışdı. O mənim şəxsi nömrəmə zəng edərək mənimlə emosenal qəzəbli danışırdı, mən səbrlə Vəfa xanımı dinləyirdim. Səsindən hiss olunurdu ki, bu sözləri onun yalnız leksikonu ifadə edir amma adamın ürəyi o deyil. Digərləri müğənni adından istfadə edib mikrafonun əldə necə tutulmasın belə bilməyən oxuyançılar kimi mənim ailəmi təhqir etmədi, barəmdə hüquq-muhafizə orqanlarına da müraciət etmədi. Məsələ həll olunduqdan sonra Vəfa xanım mənə zəng edərək həqiqətən böyüklüyünü numayiş etdirdi əsəbi və emosional olduğunu, dediyi sözlərə görə pis olduğunu bildirdi, mən o zaman Vəfa Şərifovanı yaxından tandığım üçün bir daha qürur duydum.  Onun ürəyində kin yox mərhəmət hissləri olduğunun şahidi oldum. Həqiqətdəndə Azərbaycan esdradasının belə müğənnisini baltalamaq olmaz, ona çamur atmaq olmaz. Sosial şəbəkələrdə baxıram ona qarayaxma kampaniyasına sifarişli şəkildə start verilib, buna bəzi həmkarlarım da qoşulub. Etməyin belə, bu bizə yaraşmaz! İndi bəziləri deyəcək Dəyanət bu yazını nəyinsə maraqına yazıb, pul alıb nə bilim nə... Allah şahidir ki mən Vəfa xanımla 1 dəfə telefon danşıqından başqa heç üz-üzə belə gəlməmişik, gəlsək də o məni tanımaz. Heç Vəfa xanımın onu tərif yazlarına da ehtiyacı yoxdur. Sadəcə bu yazını yazmaq mənim üçün səmimi bir hiss olduDəyanət Babayev

Избранный
132
6
azerbaycanrealligi.com

6Источники