RU

PAŞA Kapital “Azərbaycan Maliyyə Forumu”nun sponsoru oldu (FOTO)

Bakı. Trend:

14 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası MərkəziBankının dəstəyi, ölkənin aparıcı maliyyə qurumlarınıntəşkilatçılığı ilə keçirilən “Azərbaycan Maliyyə Forumu”nda PAŞAKapital İnvestisiya Şirkəti bu il də sponsor qismində iştirakedərək, tədbirin təşkilinə öz töhfəsini verib.

Azərbaycanın cari maliyyə sektorunda naliyyətlər və çağırışlarınəsas müzakirə mövzusu olan forumda PAŞA Kapital şirkətinindirektoru və eyni zamanda Azərbaycan Fond Bazarı İştirakçılarınınAssosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun Hacıyevaçılış nitqi ilə çıxış edərək, “Rəqəmsallaşma artıq seçim deyil,zərurətdir. Fintex həlləri, blokçeyn texnologiyaları və süniintellekt əsaslı maliyyə xidmətləri investisiya ekosisteminiyenidən formalaşdırır. Bu dəyişikliklərə uyğunlaşmaq, çevik vəproaktiv olmaq bazar iştirakçıları üçün əsas prioritetlərdənbiridir”, deyə qeyd edib.

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan MikromaliyyəAssosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, AzərbaycanFintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarınınAssosiasiyasının təşkilatçılığı ilə keçirilən və ötən dövr ərzindəAzərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıdaduran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədidaşıyan forum çərçivəsində 5 panel müzakirəsi təşkil olunub:

  • Maliyyə sektorunun inkişafının ölkənin qlobal rəqabətqabiliyyətinə təsiri;
  • Qeyri-neft sektorunun maliyyələşdirilməsi imkanları;
  • Maliyyə inklüzivliyinin genişləndirilməsi;
  • Kapital bazarında yeni rəqəmsal həllərin tətbiqi;
  • BOKT sektoru və requlyativ dəyişikliklər.

“Kapital bazarında yeni rəqəmsal həllərin tətbiqi” panelindəçıxış edən PAŞA Kapital şirkətinin hüquq və korporativ idarəetməüzrə direktor müşaviri Orxan Səfərov hüquqi tənzimləmələrçərçivəsində yeniliklər ilə bağlı iştirakçılara ətraflı məlumatverib.

Bundan əlavə, AFBİA-nın fəaliyyəti çərçivəsində maliyyəsektorunun innovativ inkişafına, investor etimadınıngücləndirilməsinə və Azərbaycanın iqtisadi inkişafına töhfə verməkistiqamətində işlərin davam etdiriləcəyi vurğulanıb.

Azərbaycan kapital bazarlarının inkişafı üçün müstəsnaxidmətləri ilə seçilən PAŞA Kapital investorlara yerli və xaricibazarda geniş çeşidli investisiya alətlərindən istifadə imkanıtəqdim edir və daha inklüziv investisiya mühitinin yaradılması, həminstitusional, həm də fərdi investorların bazarda daha aktiviştirakının təşviqinə çalışmaqdadır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqındadaha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və yahttps://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Избранный
200
3
az.trend.az

4Источники