RU

"Barselona" Voyçex Şesni ilə müqaviləni uzatdı

"Barselona" polşalı qapıçı Voyçex Şesni ilə müqavilənin müddətini daha iki il uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun rəsmi mətbuat xidməti məlumat yayıb. Yeni anlaşma 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Xatırladaq ki, təcrübəli qolkiper ötən ilin oktyabrında "Barselona"ya qoşulmuşdu. O, ağır zədə alan Mark-Andre ter Ştegenen əvəzi kimi komandaya gətirilmişdi. Alman qapıçı mövsümün qalan hissəsini buraxmalı olmuşdu.

35 yaşlı Şesnı 2023/24 mövsümündə "Barselona"nın heyətində 30 oyunda meydana çıxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb. Onun çıxışı ilə katalon klubu La Liqa, İspaniya Kuboku və Superkubokunun qalibi olub, həmçinin UEFA Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib.

Избранный
59
9
90deqiqe.az

8Источники