RU

Şmıqal vəzifəsindən azad ediləcək - Zelenski açıqladı

Ukraynanın hazırkı Baş naziri Denis Şmıqal Müdafiə Naziri olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb:

“Onun böyük təcrübəsi, şübhəsiz ki, müdafiə naziri rolunda dəyərli olacaq - məhz bu, ölkənin ən böyük resurslarının, ən ağır iş yükünün və ən yüksək məsuliyyətin hazırda olduğu sahədir”.

Bundan əvvəl isə Ukrayna lideri Yuliya Sviridenkonun hökümətə başçılıq etməsi təklifini irəli sürmüşdü.

Qeyd edək ki, hazırda müdafiə naziri vəzifəsini Rustem Umerov tutur.

Избранный
119
qafqazinfo.az

1Источники