RU

Putin Trampdan çəkinmir və Ukraynada daha üç vilayəti ələ keçirmək niyyətindədir – Reuters

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampın təhdidlərinə əhəmiyyət vermir və Ukraynadakı müharibəni Qərb onun şərtlərini qəbul edənə qədər davam etdirmək niyyətindədir.

Bu barədə Reuters agentliyi Kremlə yaxın üç mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, Putin hesab edir ki, Rusiya Qərbin ağır sanksiyalarından sağ çıxıb və bundan sonrakı iqtisadi çətinliklərə, o cümlədən Rusiya neftinin alıcılarına qarşı tətbiq olunan rüsumlara da tab gətirə bilər.

Mənbələrin sözlərinə görə, Putinin Trampla bir neçə telefon danışığı və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşləri olsa da, o hesab edir ki, Ukrayna üzrə sülh sazişi ilə bağlı onunla ciddi danışıqlar aparılmayıb.

Bundan əlavə, məqalədə qeyd olunur ki, Rusiya ordusunun irəliləməsi fonunda Putinin ərazi iddialarının artması ehtimal olunur.

//Samir Qurbanov, Editor.az

Избранный
132
50
editor.az

10Источники