Ukrayna ABŞ-dakı səfiri vəzifəsinə təkcə müdafiə naziri Rustem Umerovun deyil, həm də Ədliyyə Nazirliyinin rəhbəri Olqa Stefanişinanın namizədliyini nəzərdən keçirir.
News24.az xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Deyəsən, Umerov sual altındadır. Stefanişina ABŞ-da səfir ola bilər", - yüksək rütbəli mənbələrdən biri nəşrə bildirib.
O da vurğulanır ki, Stefanişina bu vəzifəyə təyin olunarsa, Umerovun hansı vəzifəni tuta biləcəyi hələlik məlum deyil.
Aqil