RU

Məşhur aktrisaya avtomobil idarə etmək qadağan edildi

"Harry Potter"in ulduzu, aktirsa Emma Uotson sürət həddini aşdığı üçün altı ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

35 yaşlı aktrisa ötən ilin 31 iyul axşamı İngiltərənin Oksford şəhərində "Audi" markalı avtomobili ilə saatda 30 mil (təxminən 48 km/saat) sürət həddi olan bir ərazidə saatda 38 mil (təxminən 61 km/saat) sürətlə hərəkət edərkən saxlanılıb.

Aktirsa ötən gün High Wycombe Sülh Cinayət Məhkəməsində keçirilən qısa məhkəmə iclasına qatılmayıb. 

Məhkəmə aktrisaya 1.044 funt sterlinq (təxminən 1.400 dollar) məbləğində cərimə kəsib və onun sürücülük vəsiqəsini altı ay müddətinə ləğv edib.

Избранный
71
operativmm.az

1Источники