RU

Rusiyada “xalqlar dostluğu” günü DƏHŞƏT: Qadını vəhşicəsinə döydülər – VİDEO

ABŞ-dan Rusiyaya köçmüş, Russia Today-in təbliğat filmlərində çəkilən qaradərili rusiyalı Fransin Villa yaşadığı evdə qonşuları tərəfindən irqçi hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, Fransin Villa göz yaşları içində və üzündə qan izləri olan videoda qonşuları ilə koridorda qoyduğu əşyalar səbəbindən yaşadığı münaqişəni danışıb.

“Bir kişi və bir qadın mənə hücum etdi, ‘Səni məhv edəcəyəm, qara…t!’ dedilər. Mənə belə pis sözlər dedilər”, — o, videoda söyləyir.

Onun sözlərinə görə, polis bölməsi (“uçastkovıy”) məsələyə reaksiya vermir və heç kim ona yardım etmir.

Qeyd edək ki, son aylarda Rusiyada bu kimi hadisələr artmağa başlayıb.

 

Videonu təqdim edirik.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
32
konkret.az

1Источники