Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryandan boşanır.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, o, bu barədə KİV-də yayılan iddiaları təsdiqləyib.
Cütlük Ermənistan Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsinə müraciət edərək boşanmaq istədiklərini bildiriblər. Qanuna uyğun olaraq onlara bir neçə ay vaxt verilib.
Ermənistan KİV yazır ki, Simonyan hazırda 25 yaşlı model Anelya Qubryanla münasibətdədir, boşanmaya bunun səbəb olduğu güman edilir.