RU

“Kremoneze” “Milan”ın qapıçısını transfer etdi

İtaliyanın “Kremoneze” klubu növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  komanda “Milan”ın gənc qapıçısı Lapo Navanı heyətinə cəlb edib. 21 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər – 3 illik müqavilə imzalanıb.

Nava ötən mövsüm “Milan”ın əsas komandasında debüt edib. O, daha çox klubun gənclər komandasında çıxış edirdi.

Qeyd edək ki, “Kremoneze” son mövsümün sonunda A Seriyasına vəsiqə qazanıb. “Milan” isə 2024/25 mövsümünü uğursuz nəticələrlə başa vuraraq yalnız səkkizinci yerdə qərarlaşıb. Yeni mövsüm avqustun ikinci yarısında start götürəcək.

Избранный
92
50
90deqiqe.az

10Источники