RU

Braziliya prezidenti: Tramp özünü dünyanın imperatoru hesab etməməlidir

ABŞ prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməməlidir, bu həm xarici tərəfdaşlar, həm də Amerika seçiciləri baxımından yolverilməzdir.

"Report"un xəbər verdiyi kimi, bu barədə Braziliya prezidenti Luis İnasiu Lula da Silva "CNN International"a müsahibəsində bildirib.

"Prezident Tramp unutmamalıdır ki, onu Birləşmiş Ştatları idarə etmək üçün seçiblər, dünyanın imperatoru olmaq üçün yox", - deyə Braziliya lideri vurğulayıb.

Bundan əvvəl Tramp avqustun 1-dən Braziliya məhsullarına 50 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib. Cavab olaraq Braziliya prezidenti iqtisadi qarşılıqlılıq haqqında qanunu imzalayıb.

Избранный
85
38
report.az

10Источники