RU

Kürd yaraqlılar silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə Türkiyənin planı açıqlanıb

Əgər Suriyanın şimalındakı kürd qüvvələri silahı yerə qoymaqdan imtina edəcəksə, Türkiyə buna qarşılıq olaraq hərbi fəaliyyət planı da daxil olmaqla müxtəlif variantlar hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzetin köşə yazarı Abdulkadir Selvinin məqaləsində qeyd olunub.

Yazıda müəllif qeyd edir ki, PKK terror təşkilatının bir qolu kimi qiymətləndirilən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd koalisiyasının lideri Mazlum Abdi Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə martda imzalanmış sazişin şərtlərini yerinə yetirmir.

"Razılaşmaya görə, kürd döyüşçüləri keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməli idi. Suriyada qeyri-sabitlik fonunda Suriya Demokratik Qüvvələri (SDQ), PKK və Xalq Müdafiə Birlikləri(YPG) qüvvələr silahlarını təhvil verməyəcək. Buna görə də Türkiyənin müxtəlif risklərlə bağlı fəaliyyət planları var. Suriyanın parçalanmasına və bölgənin SDQ/PKK/YPG-nin nəzarətinə keçməsinə imkan verilməyəcək. Əgər gözləntilər nəticə verməsə və SDK/PKK/YPG tərksilah yolu ilə getməsə, hərbi variantdan istifadə olunacaq", - deyə Abdulkadir Selvi vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə qonşu dövlətlərin Suriyada sabitliyi pozmağa çalışdığı bir şəraitdə Dəməşqdə sabitliyinin və bu ölkənin ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 17-də Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ilə telefonla danışıb və Suriyanın ərazi bütövlüyü və birliyinə dəstəyini ifadə edib. Türkiyə lideri söyləyib ki, əgər Türkiyə Müdafiə Nazirliyinə müraciət daxil olarsa, Ankara Dəməşqin müdafiə qabiliyyətinin gücləndirilmək və terrorla mübarizədə yardım göstərməyə hazırdır. Ankarada Suriyadakı kürd qüvvələri ilə bağlı vəziyyətə Şimali İraqda iyulun 11-də başlayan PKK-nın tərksilah prosesi prizmasından baxılır. Türkiyə hakimiyyəti PKK yaraqlılarının silah təhvil verməsinin bir neçə ay ərzində tamamlanacağını gözləyir", - deyə A.Selvi qeyd edib.

Избранный
43
moderator.az

1Источники