Əksər insanlar gün ərzində səbəbsiz yerə qarın nahiyəsində şişkinlik hiss edir. Bu hal həm fiziki narahatlıq yaradır, həm də gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şişkinliyin əsas səbəbləri arasında qida həssaslığı, qaz yığılması, zəif həzm və ya bağırsaq mikroflorasının pozulması var.
Əgər adam yeməkdən sonra tez-tez şişkinlik hiss edirsə, bu, sadəcə qida seçimi ilə bağlı olmaya da bilər. Bağırsaq fəaliyyətindəki yavaşlama, stress və ya gizli iltihabi xəstəliklər də bu əlaməti yarada bilər.
Həkimlər tövsiyə edir ki, şişkinlik uzun müddət davam edərsə, qazlı içkilərdən, yağlı və ağır qidalardan uzaq durmaqla yanaşı, həkim müayinəsi vacibdir. Ev şəraitində isə ilıq su içmək, yüngül piyada gəzişmələr və probiotik tərkibli qidalar kömək edə bilər.
Könül Oruc
E-saglam.az