İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış “TəhsilPlus” kartının təqdimat mərasimi keçirlib.
Modern.az xəbər verir ki, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması məqsədlə gerçəkləşdirilən təşəbbüslərin davamlı olması vacibdir:
O deyib ki, “TəhsilPlus” kartı tələbələrlə yanaşı, müəllimlər üçün də tətbiq olunacaq.
"Kart müəllimlərin rifahının artırılmasına səbəb olacaq. Bu müəllim nüfuzunun artırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək”.