RU

Platininin evi qarət olundu

UEFA-nın keçmiş prezidenti Mişel Platini Buş-du-Ronda (Marsel yaxınlığında) evində qarət edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə iyulun 18-də səhər saat 6 radələrində baş verib. Platini bağçasından səslər gəldiyini eşidib və nə baş verdiyini yoxlamaq üçün çölə çıxıb. Bu zaman qara paltarlı, kapüşonlu naməlum kişinin yoxa çıxdığını görüb.

Platini naməlum şəxsin 20-yə yaxın medal və kuboku oğurladığın aşkar edib. Dəymiş ziyanın məbləği hələ müəyyən edilməyib. 70 yaşlı Platininin özü isə xəsarət almayıb. Marsel polisi hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.

1984-cü ilin Avropa çempionu və üçqat "Qızıl top"un sahibi Mişel Platini 2007-2015-ci illərdə UEFA prezidenti vəzifəsində çalışıb. 

Избранный
36
2
bakivaxti.az

5Источники