Bakı. Trend:
Saatlı rayonu ərazisində Araz çayında boğulan yeniyetmənincəsədi tapılıb.
Trend xəbərverir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlışəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Arazçayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli GəmilərəNəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinindalğıc-xilasediciləri cəlb olunub. Axtarışlar zamanı onun cəsədibatdığı yerin yaxınlığında tapılıb. Cəsəd müayinə olunmaq üçünMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlırayon şöbəsi üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.