Azərbaycan yığmasının türkəsilli futbolçusu Mert Çelikin yeni klubu müəyyənləşib.
İdman.biz xəbər verir ki, 25 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Mert Türkiyə 1-ci Liqada yarışacaq "Sivasspor"la anlaşıb. Ötən mövsümdə Türkiyə Superliqasını tərk edən Sivas təmsilçisi Çeliklə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2024/2025 mövsümünü "Səbail"də keçirən Mert 34 oyunda forma geyinib.
İdman.biz