RU

"Sabah"ın "Petrokub"la oyunlarının saatı və hakimləri AÇIQLANDI

"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yerləşdirilib.

Bildirilib ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyunu İsraildən olna hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq. Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq. Bu görüşü isə serbiyalı hakimlər idarə edəcək. Baş hakim Danilo Nikoliç olacaq.

Milan Şutuloviç və İvan Mikalaçki köməkçi, İvan Stamenkoviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Bizim.Media

Избранный
72
13
bizim.media

10Источники