RU

Bu rayonda piyadanı maşın vurub öldürdü

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, hadisə rayonun Mahamalar kəndində baş verib.

Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Избранный
53
12
redaktor.az

10Источники