Batumidə günorta saatlarında restoranda orta yaşlı kişi qətlə yetirilib.
News24.az aktual.ge-ya istinadla xəbər verir ki, hadisə zamanı bir neçə dəfə atəş səsləri eşidilib.
Yerli mənbələr qətlə yetirilən şəxsin Türkiyə vətəndaşı olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, ona arxadan beş dəfə atəş açılıb. Nəticədə restoranın şüşələri sınıb.
Hazırda hadisə yerində ekspert-kriminalistlər çalışır. Ərazi sarı lentlə mühasirəyə alınıb.