RU

Boris Qrebennikov daha bir mövsüm "Azərreyl"də

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikov ilə müqavilə müddətini yeniləyib.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubundan rəsmi açıqlama yayılıb.

Qazaxıstanlı mütəxəssislə sözləşməni daha bir il uzadıb. 66 yaşlı çalışdırıcı 2023-cü ildən “dəmiryolçular”da işləyir.

Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında son iki ildə Azərbaycan Yüksək Liqasının qızıl medallarına sahib çıxıb.

İdman.biz

Избранный
40
idman.biz

1Источники