RU

Gürcüstanda Türkiyə vətəndaşını öldürən 2 nəfər saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə Türkiyə vətəndaşını öldürməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. 

Saxlanılanlar Türkiyə vətəndaşlarıdır. İstintaq müəyyən edib ki, onlardan biri Batumidəki restoranlardan birində mərhuma bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Həmin şəxs qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, saxlama və gəzdirmədə ittiham olunur.

Saxlanılan ikinci şəxs xüsusilə ağır cinayət barədə polisə məlumat verməməkdə və sərhədi qanunsuz keçməkdə ittiham olunur. Daxili İşlər Nazirliyi xəbər verir ki, hər iki təqsirləndirilən şəxsi 15 ilə qədər həbs gözləyir.

Избранный
38
1
unikal.az

2Источники