RU

Dizindən zədə alan hücumçu "Araz-Naxçıvan"a qarşı meydana çıxmayacaq?

"Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) itki ilə üzləşib.

Sportinfo.az Saloniki təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın hücumçusu Tasos Donis zədələnərək sıradan çıxıb.

MRT nəticələrinə görə, yunanıstanlı futbolçunun sol dizinin medial kollateral bağının qırıldığı bildirilib. 28 yaşlı forvard ötən gün Kipr təmsilçisi “Anortosis”lə yoldaşlıq oyununda zədələnib.

Tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Избранный
16
1
sportinfo.az

10Источники