Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.1news.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 10:06Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.