Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Divanlar kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 7052 ədəd çətənə kolu yandırılaraq məhv edilib.