RU

Universiada: Gimnastlarımız qızıl vü gümüş medallarla mükafatlandırılıblar - FOTO

Almaniyanın Reyn-Ruhr regionunda 32-ci Ümumdünya Yay Universiadasının uğur qazanan gimnastika üzrə qrup hərəkətləri komandası mükafatlandırılıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Azərbaycan gimansları qızıl və gümüş medallar təqdim olunub.

Gimnastlarımız lentlə çıxışda fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Təmsilçilərimiz 3 top və 2 halqa ilə çıxış zamanı ikinci olublar. Universiadanın qaydalarına görə, mükafatlandırma zamanı ölkələrin himni səsləndirilmir.

Qeyd edək ki, dünən Azərbaycan yığması çoxnüvçülükdə Universianın qızıl medallarına layiq görülüb.

İdman.biz

Избранный
20
idman.biz

1Источники