Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız növbəti qızıl medalını qazanıb.
"Football-plus.az" xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə lentlə hərəkətlərdə 22.850 xalla Universiadanın qalibi olublar.
Qeyd edək ki, bu, yarışlarda ölkəmizin ikinci qızıl medalıdır. Komandamız ilk medalı dünən qazanıb. Azərbaycanın qrup komandası iki hərəkətin (beş lent, üç top və iki halqa) cəmində 50.500 xal toplayaraq birinci yeri tutub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта