RU

ABŞ-da kükürd sızması baş verdi

İyulun 18-də ABŞ-ın İllinoys ştatında kimyəvi maddələr daşıyan yük qatarının qəzaya uğramasından sonra böyük kükürd sızması baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

"İllinoys ştatının Brauns şəhərində hərəkət edən qatarlarımızdan biri iyulun 18-də axşam saat 19:00-a yaxın relsdən çıxıb. Təxminən 24 vaqon relsdən çıxıb, ərimiş kükürd daşıyan iki vaqondan sızmalara səbəb olub", - şirkət sözçüsü bildirib.

Həmçinin qeyd edilib ki, hadisə nəticəsində lokomotiv heyətinin iki üzvü yaralanıb və tibb müəssisəsinə aparılıb.

Избранный
95
39
publika.az

10Источники