Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, qəza Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1948-ci il təvəllüdlü B.Əliyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.