RU

Hikmət Hacıyev: Şuşa Media Forumu azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir

Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev qeyd edib ki, Şuşa unikal məkandır, bir çox şairlər, mədəniyyət xadimləri bu şəhərdə yaşayıb: “Azərbaycanın işğal altında olan şəhərləri uzun illər dezinformasiyanın mərkəzi olub. Xocalı soyqrımı baş verib. Foruma Dünyanın müxtəlif yerlərindən qonaqlar dəvət etmişik. III Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir”.

Избранный
12
50
apa.az

10Источники