RU

Universiada: Şpaqa və sablya növləri üzrə komandamız ən güclü "16-lığ"a yüksəlib

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə komanda yarışlarına start verilib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Nazilə Rəhimova, Aynur Quliyeva və Xədicə Həsənlidən ibarət heyət Səudiyyə Ərəbistanı yığmasına 45:36 hesabı ilə qalib gələrək ən güclü "16-lığ"a yüksəlib.

Komandamız növbəti mərhələdə Ukrayna seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:10-da başlayacaq.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə komandamız isə Bakı vaxtı ilə saat 12:00-da Qazaxıstan millisi ilə qarşılaşacaq.

İdman.biz

Избранный
7
idman.biz

1Источники