
Səudiyyə Ərəbistanının “yatmış şahzadəsi” Əl-Valid bin Xalid bin Talal əl Səud 36 yaşında vəfat edib.
Qeyd edək ki, şahzadə Londonda oxuyarkən avtomobil qəzasında ağır kəllə-beyin travması alıb və iyirmi ildən çox komada qalıb. Onun qəza vaxtı 16 yaşı olub.
Bu illər ərzində həkimlər dəfələrlə kral ailəsinə şahzadənin sağalma şansının olmadığını, onu süni olaraq həyatda saxlamağın mənasız olduğunu bildiriblər. Lakin ata oğlunun həyatına son qoymaqdan imtina edib. Leyla.K
