RU

Prezidentinin köməkçisi: Azərbaycan hər zaman dezinformasiya hücumlarına məruz qalıb

ŞUŞA, 20 iyul. TELEQRAF

Azərbaycan hər zaman dezinformasiya hücumlarına məruz qalıb.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Bu hücumların bir çoxu Qərb mənbələrindən qaynaqlanıb. Hazırda isə bu proses sosial mediada daha aktiv və sistemli şəkildə aparılır. Buna nümunə kimi Fransanın “Le Figaro” nəşrində yayımlanan materialları göstərmək olar.

Lakin Prezident İlham Əliyevin media ilə açıq və birbaşa ünsiyyəti, bu cür dezinformasiya kampaniyalarının qarşısını almaqda mühüm rol oynayır. Biz bunu dəfələrlə şahid olmuşuq.

Əlbəttə, burada Azərbaycan mediasının da rolu böyükdür. Çünki yerli media doğru məlumatın yayılması və ictimaiyyətin düzgün şəkildə məlumatlandırılmasındaəvəzsiz rol oynayır”,- o qeyd edib.

Избранный
17
3
teleqraf.com

10Источники