RU

Tramp Obamanı “FIRILDAQÇI” ADLANDIRDI

ABŞ lideri Donald Tramp keçmiş prezident Barak Obamanı fırıldaqçılıqda ittiham edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp Obamanın 2016-cı ildə keçirilən prezident seçkilərini saxtalaşdırmaq əməllərini ifşa edən "Fox News" jurnalistinin, həmçinin Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbardın işini "Truth Social" şəbəkəsində təqdir edib.

 

""Fox News" telekanalındakı gənc və istedadlı Harrison Fildsdən əla iş. Ən yüksək səviyyəli seçki fırıldaqçılığı ilə  bağlı Obama və "quldurlara" qarşı məhkəmə təqibi təklifi möhtəşəm idi", - Prezident bildirib.

 

Bundan əvvəl Milli Kəşfiyyat İdarəsi bildirib ki, Obama və onun administrasiyasının üzvlərinin 2016-cı ildə Trampın qələbəsindən sonra məlumatları, xüsusilə də onun guya Rusiya ilə əlaqələri barədə məlumatları saxtalaşdırmaqla seçki nəticələrini gözdən salmağa çalışdıqlarına dair "təkzibedilməz sübutlar" açıqlayıb.

Избранный
40
13
senzor.az

10Источники