RU

"Tədbirə olan qlobal maraq ildən-ilə artır" - Deputat

"Şuşa Qlobal Media Forumları regionumuzu və dünyanı düşündürən məsələlərin müzakirə edildiyi, beynəlxalq informasiya məkanında ictimai rəy formalaşdıran önəmli platformaya çevrilmişdir. Forumların açılış mərasimində dövlət başçımızla iştirakçılar arasında sual-cavab formatında fikir mübadiləsinin aparılması artıq ənənə halını alıb və bu, çox əhəmiyyətli məsələlərə münasibətin birbaşa ifadəsinə imkan yaradır".


Bunu Manset.az-a açıqlamasında deputat Azər Badamov deyib. 

O bildirib ki, iyulun 19-da Xankəndidə təşkil olunan III Şuşa Qlobal Media Forumunun mövzusu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olub:

"Bu, beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir məsələdir. Bu il keçirilən forumda 52 ölkədən 140 qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələrinin iştirakı, tədbirə olan qlobal marağın ildən-ilə artdığını göstərir".

Depuat qeyd edib ki, 2,5 saat davam edən forumun açılış mərasimində ekspertlərin suallarını ətraflı və diplomatik şəkildə cavablandıran Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, regionun və daha geniş coğrafiyanın siyasətinə təsir göstərə bilən liderdir:

"Dünyada regionların və qlobal coğrafiyaların gələcəyi ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq platformalara ciddi ehtiyac var. Bu baxımdan, Şuşa Qlobal Media Forumları Azərbaycanın mövqeyinin beynəlxalq informasiya məkanında daha aydın ifadə olunmasında mühüm rol oynayır".


Seyranə Quliyeva

Избранный
27
manset.az

1Источники