RU

Kürdəmirdə istirahət mərkəzində zəhərlənənlərin sayı 24 nəfərə çatıbYENİLƏNİB-2

Kürdəmirdə “Naftalan” ailəvi restoranında zəhərlənənlərin sayı artıb.

Xezerxeber.az-ın xəbərinə görə, zəhərlənənlərin sayı 24 nəfərə çatıb.

Həmin şəxslər Kürdəmir şəhər sakinləri - 2009-cu il təvəllüdlü Şirəliyeva Aydan Məmməd qızı, 1974-cü il təvəllüdlü Orucova Elnarə Lazım qızı, 2006-cı il təvəllüdlü Şəmiyeva Xatun Mübariz qızı, 2007-ci il təvəllüdlü Şirəliyev Əli Məmməd oğlu, 2010-cu il təvəllüdlü Əsgərli Qurban Nizami oğlu, 2002-ci il təvəllüdlü Şəmiyev Ümüd Mübariz oğlu, 2002-ci il təvəllüdlü Orucov Nihad Mehrab oğlu, 2000-cı il təvəllüdlü Orucova Sadət Mehrab qızı, 1979-cu il təvəllüdlü Şəmiyev Mübariz Əlnağı oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Könül İlqar qızı, 1993-cü il təvəllüdlü Şəmiyeva Samirə İlqar qızı, 1990-cı il təvəllüdlü Qubatova Günel İlqar qızı, rayonun Mollakənd kənd sakinləri 1985-ci il təvəllüdlü Məhərrəmov Xəyyam Əlikram oğlu, 1993-cü il təvəllüdlü Məhərrəmova Zöhrə Mədət qızı, rayonun Çərtəyəz kənd sakinləri 2008-ci il təvəllüdlü Məhərrəmova Güllü Xəyyam qızı, 2015-ci il təvəllüdlü Məhərrəmov Sənan Cavanşir oğlu, 2009-cu il təvəllüdlü Məhərrəmova Aydan Xəyyam qızı, 1986-cı il təvəllüdlü Məhərrəmova Ülviyyə Xətən qızı, rayonun Şıxımlı kənd sakinləri 2010-cu il təvəllüdlü Səlimli Ümid İlkin oğlu, 1986-cı il təvəllüdlü Əliyeva Zərnişan Tofiq oğlu, rayonun Atakişli kənd sakini 2015-ci il təvəllüdlü Soltanlı Sehrayə İntiqam qızı, rayonun Qarasu kənd sakini 2015-ci il təvəllüdlü Abuşova Mahirə Faiq qızı, rayonun Çöhranlı kənd sakini 1992-ci il təvəllüdlü Şirəliyeva Firuzə Şaxalı qızıdır.

Zəhərlənən şəxslər müayinə və müalicə olunaraq evə buraxılıblar.

09:56

Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

09:48

Kürdəmirdə istirahət mərkəzində zəhərlənən şəxslərin sayı artıb. 

Xezerxeber.az-ın məlumatına görə, sözügedən mərkəzdə qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova, Güllü Xəyyam qızı Məhərrəmova, Aydın Xəyyam oğlu Məhərrəmli, Zöhrə Mədət qızı Məhərrəmli və Sənan Cavanşir oğlu Məhərrəmovdur.

Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Qeyd edək ki, bu zərərcəkənlər eyni istirahət mərkəzində olsalar da digər məclisdə iştirak ediblər.

08:55

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

İstirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.

Xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir.

Səlimli Ümüd İlkin oğlu - 2010-cü il təvvəlüdlü

Şirəliyeva Firuzə Şaxtalı qızı - 1992-ci il təvvəlüdlü

Şirəliyeva Aydan Məmməd qızı - 2009-cu il təvvəlüdlü

Məmmədova Könül İlqar qızı - 1992-ci il təvvəlüdlü

Orucova Səadət Mehrab qızı - 2002-ci il təvvəlüdlü

Şəmiyev Mübariz Ənnağı oğlu - 1979-cu il təvvəlüdlü

Şəmiyeva Samirə Qara qızı - 1983-cü il təvvəlüdlü

Məmmədov Ramil Möhkəm oğlu - 1986-cı il təvvəlüdlü

Şəmiyev Ümid Mübariz oğlu - 2002-ci il təvvəlüdlü

Şəmiyeva Xatun Mübariz qızı - 2006-cı il təvvəlüdlü

Əsgərli Qurban Nizami oğlu - 2010-cu il təvvəlüdlü

Sultanlı Sehrayə İntiqam qızı - 2015-ci il təvvəlüdlü.

Избранный
68
8
xezerxeber.az

10Источники