Bakı. Trend:
Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya YayUniversiadasında gimnastlarımız tarixi uğura imza atıblar.
Trend xəbər verir ki,böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə,Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, KamillaƏliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar.Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenəkürsünün ilk pilləsində yer alıb. Qrup hərəkətləri komandamız üçtop və iki halqa ilə proqramda isə 23.950 xalla gümüş medalınsahibi olub.
Bu, qızlarımızın tarixə yazdığı bir qələbədir. Universiadalartarixində gimnastlarımızın qrup hərəkətləri komandası tərkibindəilk uğurudur.
Gimnastlarımızı bu böyük nailiyyət münasibətilə təbrikedirik!