RU

“Sabah” avrokuboklarda kimlərin ümidinə qaldı?

"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyunu İsraildən olna hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq. Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq. Bu görüşü isə serbiyalı hakimlər idarə edəcək.

Baş hakim Danilo Nikoliç olacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi, İvan Stamenkoviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Избранный
63
1
sportinfo.az

2Источники