RU

Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb - FOTO - YENİLƏNİB-1

Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 15.38

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.

APA-nın Abşeron bürosunun verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.

***

saat 12.32

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.

APA-nın Abşeron bürosunun verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.

Axtarış-xilasetmə işləri davam edir.

***

saat 10.39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Novxanıda Novxanıda
Избранный
35
44
apa.az

10Источники