RU

Keçmiş futbolçu Nicat Muxtarovun atası Sumqayıtda dənizdə boğulub

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

 

Hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

 

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

 

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır./APA

Tarix: 20 İyul 2025, 19:04   
Избранный
10
18
pravda.az

10Источники