RU

Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb - Yenilənib

Abşeron rayonu, Novxanı kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb...

Fövqəladə Hallar Nazirliyindən Poliqon-a verilən xəbərə görə, batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.

APA-nın Abşeron bürosunun verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Poliqon.info

Избранный
52
44
poliqon.info

10Источники