RU

AL: "Qarabağ"a tanış rəqiblər - YENİLƏNİR

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşəcək. Belə ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya klubu "Şelburn"a uduzarsa, yoluna Avropa Liqasında davam edəcək.

"Köhlən atlar" 3 cütdən 6 komanda ilə qarşılaşa bilər:

RFŞ (Latviya) - "Malmö" (İsveç)

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) 

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) 

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.

“Zirə” iştirak ərizəsini UEFA-ya göndərib

“Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib

“Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib

"Araz-Naxçıvan" - "Aris" matçının biletləri satışa çıxarılıb

“Şelburn” - “Qarabağ” matçının hakimləri bəlli olub

Избранный
52
50
apasport.az

10Источники