Olaylar.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan "168"ə müsahibəsində danışıb.
O iddia edib ki, İrəvan "Zəngəzur dəhlizi"ni artıq təhvil verib:
"Paşinyan Vaşinqtona gedəcək və çox güman ki, hansısa sazişi imzalayacaqlar, nə ilə bağlı razılaşdıqlarını sonra öyrənəcəyik. Biz azərbaycanlılardan öyrənəcəyik, çünki bu qrup (Paşinyan klanı) 7 ildir bizi aldadır. Çox güman ki, o dəhlizi hansısa özəl şirkətə təhvil verəcəklər, xaricdə öyrəndikləri sözləri təkrarlayacaqlar".
Xaçikyanın sözlərinə görə, həmin özəl şirkətİsrail lobbisinin köməyi ilə Türkiyə və Azərbaycanın əlinə keçəcək:
"Yəni biz Süniklə (Zəngəzur - red.) vidalaşırıq... Bir neçə gündən sonra İranla sərhədimizi verib blokadaya düşəcəyik. Amma bizimkilər özünü elə aparır ki, guya Sünik onlara lazım deyil". (Globalinfo)