RU

İçməli suya həsrət qalan Şorsu kəndi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında rutul xalqının kompakt yaşadığı Şəkinin Şorsu və Şin kəndlərinə səyahət olunub.

Verilişdə rutul əlifbasının tərtibatçısı İlyas Çərkəzov bu xalqın toy və yas adətlərindən söz açıb. "O vaxtlar gəlini atla gətirərdilər.

Onu gətirən şəxsə "cilovdar" deyilirdi. Həmin adam adətən qız evindən seçilirdi. Yas adətlərinə gəlincə, bizdə cənazə evində 3 gün yemək bişirilmir. Gələn qonaqları qonşular və qohumlar qarşılayırlar. Çünki həmin ailə yas içindədir. Bu adət bizdə indi də var".

Şorsu kəndinin sakinləri isə onları narahat edən su problemindən bəhs ediblər.

Sakinlərin sözlərinə görə, kənddə içməli su yoxdur.

"Bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmayıb. Biz içməli su istəyirik. Kəndimizdə 360 yerlik məktəb var. Uşaqlardan birinin halı pisləşsə, verməyə su tapmayacağıq", - kənd sakini Cəfər Ağaniyev söyləyib.

Ətraflı süjetdə:

İçməli suya həsrət qalan Şorsu kəndi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
oxu.az

2Источники