
Cənubi Çin şəhəri Quançjoudə güclü yağışlar səbəbindən torpaq sürüşməsi baş verib, HK01 xəbər verir.Məlumata görə, sürüşmə nəticəsində bir neçə ev dağılıb və 14 nəfər dağıntılar altında qalıb. Axtarış-xilasetmə işlərinə 150-yə yaxın xilasedici və yanğınsöndürən cəlb edilib. Əməliyyata Quandun əyalətinin qubernatoru Van Veyçjun rəhbərlik edir.Son məlumata əsasən, dağıntılar altında hələ də beş nəfər qalır. Yeddi nəfər xəsarət alıb, iki nəfər isə həyatla bir araya sığmayan xəsarətlər alaraq ölüb. Hakimiyyət orqanları minlərlə yerli sakini təcili təxliyə edib.Ulusum.az
Diqqət Çəkənlər
Qəbələdə meşədə köməksiz qalan şəxs xilas edildi - VİDEO
ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi
Tramp mümkün varisinin adını açıqladı